bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

"Fənərbaxça"nın məşqi baş tutmayıb

08.05.2020 14:02 Oxundu 577

"Fənərbaxça"nın dünənə planlaşdırılan məşqi baş tutmayıb.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb klubda bir nəfərdə koronavirus testinin müsbət çıxması olub. 

Mayın 5-i futbolçular və klubun əməkdaşları koronavirus testindən keçib. Futbolçularla bağlı hər şey qaydasında olsa da, bir əməkdaşda koronavirus simptomları aşkarlanıb. Daha bir işçinin də koronavirusa yoluxmasıyla bağlı şübhələr var. 

Bu üzdən komandanın dünənənə planlaşdırılan məşqi ləğv edilib.