bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

La Liqada 5 futbolçuda koronavirus aşkarlanıb

08.05.2020 15:32 Oxundu 726


İspaniya çempionatında (La Liqa) çıxış edən beş futbolçunun koronavirus testləri müsbət nəticə verib.

Cempion.az xəbər verir ki, bu barədə RAC1 məlumat yayıb.

Bu həftə İspaniya çempionatının bir sıra komandaları futbolçular arasında məcburi koronavirus testi keçiriblər. Bu komandalar arasında "Barselona” və "Real” da olub.

Nəşr eyni zamanda ölkə futbolunun gücünə görə ikinci divizionunda (Segunda) çıxış edən iki futbolçuda koronavirus aşkarlandığını qeyd edib.

Yoluxma sayının artması istisna edilmir, çünki hələlik bütün klubların testlərinin nəticələri açıqlanmayıb.