çərşənbə axşamı, 31 mart 2026

VOLEYBOL

Millətlər Liqasında cari mövsüm ləğv olundu

08.05.2020 16:09 Oxundu 881


Voleybol üzrə Millətlər Liqasında 2020 mövsümü ləğv olunub.

Cempion.az Beynəlxalq Voleybol Federasiyasının (FIVB) rəsmi saytına istinadən xəbər verir ki, yarış koronavirus pandemiyası səbəbindən bu il təşkil olunmayacaq. 

Turnir daha əvvəl qeyri-müəyyən müddətək təxirə salınmışdı. 

Qeyd edək ki, Millətlər Liqası 2017-ci ildə təsis olunub.