cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

"Real" Poqbadan imtina edib

08.05.2020 17:48 Oxundu 560


"Real" "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanı transfer etməkdən imtina edib.

Cempion.az "Marca" nəşrinə istinadən xəbər verir ki, kral klubu "Renn"dən Eduardo Kamavinqi və"Çelsi"dən Nqolo Kante ilə maraqlanır.

Qeyd edək ki, "Mançester Yunayted" 26 yaşlı yarımmüdafiəçini 2016-cı ildə "Yuventus"dan 105 milyon avroya transfer etmişdi. Poqba bu mövsüm 8 oyunda 2 assist edib.