bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

“Barselona” “Yuventus”la transfer danşıqlarını dayandırır

09.05.2020 10:08 Oxundu 831


İspaniyanın “Barselona” futbol klubu İtaliyanın “Yuventus” futbol klubu ilə transfer danışıqlarını dayandırır.

Cempion.az xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.

Məlumata görə, “Barselona” rəhbərliyi Arturu “Yuventus”un Miralem Pyaniçilə dəyişmək üçün əlavə ödəniş istəyir.

İspaniyanın hazırkı çempionun rəhbərliyi bosniyalı yarımmüdafiəçini böyük məbləğə satmaq niyyətindədir, Turin klubu isə birbaşa mübadilədə maraqlıdır.

Qeyd edək ki, daha əvvəl klubların transferlər barədə danışıqlar aparması haqqında məlumatlar yayılmışdı.