bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

Nadal: "Messi tarixinin ən güclüsüdür"

09.05.2020 12:33 Oxundu 675

Rafael Nadalın əmisi və keçmiş məşqçisi Toni Nadal ən yaxşı atletlər haqqında danışıb.

Cempion.az "As"a istinadən xəbər verir ki, Toni "Barselona"nın hücumçusu Lionel Messini hamıdan fərqləndirib. 59 yaşlı məşqçinin fikrincə, Leo tarixin ən yaxşı idmançısıdı:

"Nadal, Cokoviç və Federer yaxşı oynayanda qələbə qazanırlar. Onlar pis oynayanda da qalib gəlirlər. Oyunun alınmayanda belə, qələbə qazanmağı bacarmaq böyük atletlərə məxsus özəllikdi.

Messiyə gəlincə, onun etdiklərini təkrarlaya bilən birinə rast gəlməmişəm. Övladlarım ona pərəstiş edirlər. Həmişə Leonun videolarını mənə göndərirlər. O, tarixin ən yaxşı idmançısıdı".