09.05.2020 13:11
596


"Atletiko Madrid"in sol cinah oyunçusu Renan Lodinin koronavirus testi müsbət çıxıb.
Cempion.az AS-a istinadən xəbər verir ki, brazilyalı futbolçunun mart ayında da semptomları vardı. Klub futbolçunu 2 həftə müddətinə karantinə alıb. Bu vaxt başa çatandan sonra futbolçunun vəziyyəti normala düşüb. Yenidən testə girən Lodinin bu dəfə koronavirus nəticələri müsbət çıxıb. Brazilyalı futbolçu 10 günlük yenidən özünü karantinə alıb.