cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

David Alaba Avropa nəhənglərinin hədəfində

09.05.2020 13:49 Oxundu 611

"Bavariya"nın müdafiəçisi David Alaba Avropa nəhənglərinin maraq dairəsindədi.

Cempion.az "Fichajes"ə istinadən xəbər verir ki, "Barselona" və "İnter" Alaba uğrunda mübarizə aparır. Xüsusilə də "İnter"in baş məşqçisi Antonio Konte 27 yaşlı futbolçunu sərəncamında görmək üçün can atır. İtaliyalı mütəxəssis "Çelsi"də çalışdığı dönəmdən bəri Alabanı yaxından izləyir. "Barsa"nı isə avstriyalı futbolçunun müxtəlif mövqelərdə oynamaq bacarığı cəlb edib.

Alabanın "Bavariya" ilə olan müqaviləsi 2021-ci ilin yayında başa çatır. O, yaxın aylarda Münhen klubunun yeni sözləşmə təklifini rədd etmişdi.

Cari mövsümdə 28 matçda meydana çıxan Alabanın aktivində 1 qol, 2 məhsuldar ötürmə var.