09.05.2020 15:44
617

UEFA Avropa Liqasında (AL) 2019/2020 mövsümünün bərpa tarixi müəyyənləşib.
Cempion.az xəbər verir ki, bu barədə "Xetafe" klubunun sahibi Anhel Torres məlumat verib.
O bildirib ki, 1/8 final mərhələsində rəqib olduqları İtaliya "İnter"i ilə ilk qarşılaşma avqustun 2-də və ya 3-də səfərdə azarkeşsiz keçiriləcək. Torres cavab görüşünün isə ya 6, ya da 7 avqustda baş tutacağını bildirib.
Klub prezidentinin sözlərinə görə, hansısa stadionda koronavirus səbəbindən oyun keçirmək mümkün olmasa, qarşılaşma neytral meydanda oynanılacaq.
Qeyd edək ki, UEFA avrokubokları martın 13-də dayandırıb.