cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

"Yuventus"un Milk planı

09.05.2020 17:48 Oxundu 653


"Yuventus" "Napoli"nin hücumçusu Arkadiuş Miliki transfer etmək istəyir.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi "River Plyet"ə keçəcəyi iddia edilən Qonsalo İquainin əvəzinə polşalı forvardı almaq fikrindədir.

"Qoca sinyora" "İnter"in PSJ-yə icarəyə verdiyi Mauro İkardi və "Mançester Siti"nin hücumçusu Qabriel Jezus ilə də maraqlanır. Ancaq bu futbolçuların bahalı olması klubun işini çətinləşdirir.

Məlumatda qeyd edilib ki, "ağ-qaralar" Milik üçün neapollulara 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 26 yaşlı hücumçunun "Napoli" ilə müqaviləsi 2021-ci ilin iyunun 30-da tamamlanacaq.