cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

"Beşiktaş" klubunda koronavirus şoku

09.05.2020 18:33 Oxundu 600


Türkiyənin "Beşiktaş" klubu futbolçuları və əməkdaşlarından götürülən koronavirus testinin nəticələrini açıqlayıb.

Cempion.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, analizlərdən ikisi müsbət çıxıb.

Virusa yoluxanlardan biri oyunçu, digəri isə işçidir. Onların adları açıqlanmayıb. Hər iki şəxsin müalicəsinə başlanılıb.

Qeyd edək ki, daha əvvəl Türkiyədə "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz, vitse-prezidenti Abdürrahim Albayrak, baş məşqçisi Fatih Terimdə, "Ankaragücü"nün futbolçusunda, eyni zamanda "Fənərbağça"nın əməkdaşlarından birində koronavirus aşkarlanıb.