bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

"Barselona"nın futbolçusu sıradan çıxıb

09.05.2020 19:22 Oxundu 644

"Barselona"nın mərkəz müdafiəçisi Samuel Umtiti zədələnib.

Cempion.az klubun "twitter" hesabına istinadən xəbər verir ki, Umtiti sağ ayağından zədə aldığı üçün məşqlərə qatıla bilməyəcək. Müayinədən sonra franız futbolçunun bərpa müddətinin nə qədər çəkəcəyi barədə məlumat veriləcək.

Qeyd edək ki, bu, Umtitinin cari mövsümdə aldığı ilk zədə deyil.