cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

 “Fənərbaxça”nın futbolçusu Almaniya yolunda

10.05.2020 16:04 Oxundu 620


Türkiyənin “Fənərbaxça” klubunun yarımmüdafiəçisi Tolqa Ciyərci karyerasını Almaniyada davam etdirə bilər.

Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyanın “Volfsburq” klubu 28 yaşlı təcrübəli futbolçunu heyətinə cəlb etmək istəyir. Bundesliqa təmsilçisi Tolqa üçün ilk təklifini göndərib. Futbolçunun da bu təklifə müsbət yanaşdığı və mövsümün sonunda Almaniyaya qayıtmaq istədiyi bildirilir.

Qeyd edək ki, 2018-ci ilin yayından “Fənərbaxça”da çıxış edən Tolqanın müqaviləsi mövsümün sonuna qədərdir. Türkiyə milli komandasının da üzvü olan yarımmüdafiəçi “Volfsburq”un yetirməsidir. O, 2010-2014-cü illərdə Bundesliqa təmsilçisinin əsas komandasında çıxış edib.