cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Daha 3 futbolçuda koronavirus aşkarlanıb

10.05.2020 18:20 Oxundu 611

İspaniya futbolunda koronavirus pandemiyasına növbəti yoluxma halları müşahidə olunub.

Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Betis" klubunun 3 futbolçusunda bu xəstəliyin əlamətləri aşkarlanıb.

La Liqa təmsilçisinin oyunçularının testinin cavabı müsbət çıxıb. Onlar dərhal karantinə alınıb və müalicəsinə başlanılıb. "Betis" rəhbərliyi məlumatı təsdiqləsə də, futbolçuların adlarını açıqlamayıb.

Qeyd edək ki, daha əvvəl İspaniya futbolunda 5 yoluxma olduğu açıqlanmışdı.