çərşənbə axşamı, 20 yanvar 2026

DİGƏR NÖVLƏR

16 ölkənin idmançıları medal sevinci yaşayıblar

07.08.2016 08:38 Oxundu 235

Rio-2016 Yay Olimpiya Oyunlarında artıq ilk medallar sahiblərinə təqdim edilib. Ümumilikdə 16 ölkənin idmançıları medal sevinci yaşayıblar. Bunlardan Cənubi Koreya və ABŞ 1 qızıl və 1 gümüş, Argentina, Belçika, Macarıstan, Rusiya və Vyetnam hərəyə 1 qızıl, Çin 1 gümüş, 3 bürünc, Qazaxıstan isə 1 gümüş və 1 bürünc medal əldə edib.Braziliya, Danimarka və İtaliya bir gümüşlə öyünə bilər. Yaponiya 2, Avstraliya, Polşa və Özbəkistan isə Olimpiadaya hərəyə bir bürünclə start veriblər.