cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

İbrahimoviç karantinə alınacaq

10.05.2020 19:24 Oxundu 630

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İtaliyaya qayıtmağa hazırlaşır.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli forvard sabah ölkəsindən Milana yollanacaq.

Koronavirus pandemiyası səbəbindən çempionatda yaranmış fasilədən yararlanaraq "Hammarbü"nün düşərgəsində məşq edən veteran futbolçu İtaliyaya dönən kimi iki həftəlik karantinə alınacaq. Yalnız bu müddətdən sonra "Milan"ın məşqlərinə qoşulacaq.

Qeyd edək ki, Zlatan İbrahimoviç bu mövsüm "rossonyerlər"in heyətində 10 oyunda 4 qol vurub.