cümə axşamı, 15 may 2025

BİZİM FUTBOL

"Qarabağ"ın futbolçusu "Panatinaikos"un hədəfində

11.05.2020 10:41 Oxundu 674


"Qarabağ"ın futbolçusu Abdullah Zubir karyerasını Yunanıstanda davam etdirə bilər. 

Cempion.az "Newspao" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı fransalı yarımmüdafiəçi "Panatinaikos"a təklif olunub. 

Klubun hazırda bu təklifi nəzərdən keçirdiyi bildirilib. Mərakeş əsilli fransalı oyunçunun daha yaxşı müqavilə ilə daha böyük çempionata keçməyə hazır olduğu da vurğulanıb. 

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin yayında Fransanın "Lens" komandasından "Qarabağ"a keçib. Onun Ağdam təmsilçisi ilə sözləşməsi mövsümün sonunda başa çatır.