bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

"Benfika"lı futbolçuda koronavirus çıxdı

11.05.2020 12:43 Oxundu 659

"Benfika" klubunun futbolçusu David Tavaresin koronavirus testi müsbət çıxıb.

Cempion.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, klub bütün futbolçuları koronavirus testindən keçirdib. Yalnız testin nəticələri portuqaliyalı gənc futbolçuda müsbət çıxıb. "Benfika" rəhbərliyindən verilən açıqlamada bildirilib ki, "Tavares komanda yoldaşlarının heç biri ilə ünsiyyətdə olmayıb".

Qeyd edək ki, gənc futbolçu 2016-cı ildə "Sportinq"dən "Benfika"ya transfer olub. 21 yaşındakı yarımmüdafiəçi Portuqaliya klubu ilə 13 oyuna çıxıb.