11.05.2020 14:38
741


"Real"ın vingeri Qaret Beyl karyerasını İngiltərədə davam etdirə bilər.
Cempion.az "Marca"ya istinadən xəbər verir ki, Beyl "Nyukasl"ın transfer hədəflərindən biridi. Rəsmi danışıqlara hələlik start verilməyib.
"Nyukasl" komandaya 2-3 məvacibi yüksək, "ulduz" statusuna malik oyunçu dəvət etmək niyyətindədi. Belə olan halda, uelsli futbolçu "sağsağanlar"ın heyətində "Real"dakı qədər (ilinə təxminən 17 milyon avro) qazana bilər.
"Real" Beylin transferinə qarşı deyil. Mümkün keçid 20 milyon avro dəyərində qiymətləndirilir. Madrid klubu "maaş yükü"nü azaltmaq üçün aşağı transfer haqqı qarşılığında 30 yaşlı oyunçu ilə yolları ayırmağa hazırdı.
Beyl daha öncə Premyer Liqada "Tottenhem" forması geyinib.
Qeyd edək ki, "Nyukasl"ın yeni sahibinin Səudiyyə Ərəbistan taxtının vəliəhdi Məhəmməd ibn Salman olacağı gözlənilir. Razılaşma indilik Premyer Liqa rəhbərliyi tərəfindən təsdiqlənməyib.