bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

“Real”da başladı - ŞƏKİLLƏR

11.05.2020 17:19 Oxundu 784


İspaniyanın “Real” klubu məşqləri bərpa edib.

Cempion.az xəbər verir ki,"Real" futbolçuları son iki ay ərzində ilk dəfə bazada məşq ediblər. Dizindəki ağır zədəni sağaldan Marko Asensionun komandaya qoşulduğu bildirilir.

Madrid klubu La Liqanın turnir cədvəlində ikinci sırada qərarlaşıb. "Real" lider "Barselona"dan iki xal geri qalır.

Qeyd edək ki, La Liqanın 12 iyunda bərpa ediləcəyi gözlənilir.