bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

Premyer Liqanın bərpasına icazə verildi

11.05.2020 18:59 Oxundu 635


Futbol üzrə İngiltərə Premyer Liqası iyunun 1-dən qaldığı yerdən davam edə bilər.

Cempion.az "Sky Sports"a istinadən xəbər verir ki, yerli hökumət sözügedən tarixdən ölkədə bütün idman yarışlarının bərpasına icazə verib.

Amma oyunlar azarkeşsiz keçiriləcək. Tərəfdarlarına tribunalara qayıdışına yalnız koronavirusun vaksini tapıldıqdan sonra icazə veriləcək.

Qeyd edək ki, İngiltərədə idman yarışları mayın sonunadək təxirə salınmışdı. Hazırda Premyer Liqada turnir cədvəlinə 29 oyundan sonra 82 xalla "Liverpul" başçılıq edir.