cümə axşamı, 15 may 2025

BİZİM FUTBOL

UEFA Azərbaycan klubunu ÇL-dən məhrum etməyəcək

12.05.2020 09:59 Oxundu 650


UEFA ölkə çempionlarının Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum olunacağına dair iddialara münasibət bildirib. 

Cempion.az xəbər verir ki, bu barədə Avropa futbol qurumundan RİA “Novosti”yə açıqlama verilib. 

Təşkilat yayılan xəbərləri təkzib edib: "UEFA heç vaxt çempion olan komandaları təsnifat oyunları vasitəsilə Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum etmək barədə düşünməyib". 

Qeyd edək ki, daha öncə "The Times" nəşri UEFA-nın koronavirus pandemiyası ilə əlaqədar 2020/2021 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərini azaltmaq və ən pis halda ləğv etmək ehtimalını nəzərdən keçirdiyini yazıb.

Xatırladaq ki, Avropada Belarus çempionatından başqa bütün yarışlar koronavirus pandemiyasına görə dayandırılıb. UEFA mart ayında dayandırılan avrokubokları daxili çempionatlarla birlikdə tamamlamağı düşünür. UEFA İcraiyyə Komitəsinin növbəti iclası mayın 27-də olacaq.