çərşənbə axşamı, 31 mart 2026

DÜNYA FUTBOLU

"Barselona"ya görə "MY" və PSJ-yə "yox" dedi

12.05.2020 11:00 Oxundu 644

"Barselona" və "Yuventus" arasında Miralem Pyaniçin transferi ilə bağlı danışıqlar davam edir.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Pyaniç"Barselona"da oynamaq istədiyini bildirilir. Bosniyalı futbolçu katalon klubuna görə "Mançester Yunayted" və PSJ-nin təkliflərini rədd edib.

"Barsa" və "Yuve"nin 4 illik müqavilənin şərtlərini müzakirə etdiyi bildirilir.

Qeyd edək ki, cari mövsümdə İtaliya A Seriyasında 22 matçda meydana çıxan Pyaniçin aktivində 3 qol, 4 məhsuldar ötürmə var.