bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

"Real" "Santyaqo Bernabeu"dan istifadə etməyəcək

12.05.2020 14:00 Oxundu 642

"Real" ev oyunlarını Valdebebasdakı bazasında keçirəcək.

Cempion.az AS-a istinadən xəbər verir ki, La Liqa rəhbərliyi "Real"ın matçlarını bazasında oynamasına icazə verib. Madrid klubunun ev oyunlarının 2021-ci ilin yanvar ayına kimi Valdebebasda keçiriləcəyi bildirilir. Bura avrokuboklar da aiddi.

Kapitan Serxio Ramos da "El Partidazo"nun efirində, qarşılaşmaların bazada oynanılacağını təsdiqləyib. Futbolçuların 2021-ci ilin yanvarına kimi Valdebebasda qalacaqları bildirilir.
 
Qeyd edək ki, yalnız azarkeşlərin tribunalara buraxılmasına icazə verildikdən sonra böyük futbolun "Santyaqo Bernabeu" stadionuna qayıtması mümkün olacaq.