12.05.2020 14:35
640


PSJ-nin partnyorlarından - "iDesign Gold" Fransa çempionluğu münasibətilə klubun bütün oyunçularına 24 karatlıq qızılla bəzədilmiş "iPhone" çexolu hədiyyə edib.
Cempion.az klubun rəsmi "inistaqram" hesabına istinadən xəbər verir ki, telefon çexolunun üzərində Liqa 1 loqosu ilə yanaşı, oyunçuların adları və forma nömrələri qeyd olunub.
Qeyd edək ki, Fransada Liqa 1-in koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatdırılması qərara alınıb. Turnir cədvəlinin lideri PSJ çempion elan edilib.