cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

Pirlo: "Yuventus" ilə çıxdığı ilk məşqində, ona gülürdük"

12.05.2020 15:00 Oxundu 621

"Yuventus"un keçmiş futbolçusu Pirlo Poqba haqqında açıqlama verib.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Pirlo fransalı yarımmüdafiəçi barəsində bunları deyib: "Poqba "Yuventus" ilə çıxdığı ilk məşqində, ona gülürdük. Səf başa düşülməsin; çox böyük istedada sahib olan bu adamı, "Mançester Yunated" kimi böyük bir klubun pulsuz bizə göndərməsinə gülürdük... Və düşünürəm ki, "Yuventus" hələ də gülür".