bazar, 21 dekabr 2025

DİGƏR NÖVLƏR

FIFA dünya çempionatını təxirə saldı

12.05.2020 16:13 Oxundu 655


FIFA futzal üzrə dünya çempionatını təxirə salıb. 

Cempion.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, mundial nəzərdə tutulduğu kimi Litvada olacaq. Bu il keçirilməsi planlaşdırılan yarış 2021-ci il 12 sentyabr - 3 oktyabrda baş tutacaq. 

FIFA qadınlar arasında U-20 dünya çempionatının 20 yanvar - 6 fevral 2021-ci il Kosta Rika və Panamada təşkil olunacağını açıqlayıb. 

U-17 qızlar arasında Hindistandakı mundial isə 2021-ci il fevralın 17-dən martın 7-dək baş tutacaq. Hər iki yarışda yaş limiti dəyişdirilməyəcək.