12.05.2020 17:31
695
695

Koronavirus səbəbiylə dayandırılan Bundesliqanın bərpasından əvvəl klublar arasında iclas keçiriləcək.
Cempion.az Almaniya mətbuatına istinadən xəbər verir ki, çempionatın bərpasından iki gün əvvəl keçiriləcək iclasda oyunlar zamanı futbolçu dəyişikliyinin sayının artırılması müzakirə olunacaq. Video-konfransda 5 futbolçu dəyişikliyinin qəbul edilməsi gözlənilir.
Qeyd edək ki, Bundesliqanın mayın 16-da başlaması nəzərdə turulub.