12.05.2020 18:00
673
673

Kişi basketbolçulardan ibarət millimizin iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatının yeni tarixi müəyyənləşib.
Cempion.az xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilib ki, çempionat 28 iyun - 3 iyul 2021-ci tarixlərində keçiriləcək.
Qeyd edək ki, yarışda iştirak edəcək Azərbaycan millisi B qrupunda Ermənistan, İrlandiya və Andorra yığmaları da mübarizə aparacaq. Avropa çempionatının bu il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.