12.05.2020 18:46
667
667

“Bavariya”nın futbolçusu Kinqsli Koman İspaniyanın iki klubunun hədəfindədir.
Cempion.az Marca nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “Barselona” və “Real”ın maraq dairəsindədir. Kataloniya təmsilçisi yarımmüdafiəçinin transferində daha çox şansa sahib olduğu bildirilir.
Qeyd edək ki, Komanın transfer məbləği 60 milyon avro olaraq dəyərləndirilir. Daha əvvəl “Bavariya” Komanı satmağı düşünmədiyini bildirmişdi.