13.05.2020 10:20
691
691

"Barselona"nın yarımmüdafiəçisi, icarə əsasında "Valyadolid"də çıxış edən Mateus Fernandesin koronavirus testi müsbət nəticə verib.
Cempion.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Məlumata görə, koronavirus həmçinin "Valyadolid”in daha iki futbolçusunda aşkar edilib. Onlardan biri Oskar Planodur. Qeyd edilir ki, virusa yoluxanların üçü də karantindədir.
Qeyd edək ki, "Barselona" Fernandesi "Palmeyras"dan transfer edib, ancaq oyunçu qısa müddət sonra icarəyə verilib. Fernandes hələ "Valyadolid"də oynamağa müvəffəq olmayıb.