cümə, 16 may 2025

DİGƏR NÖVLƏR

Nurməhəmmədovun növbəti döyüş vaxtı açıqlandı

13.05.2020 11:10 Oxundu 766


Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt Dağıstan idmançısı Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtını elan edib.

Bu barədə Cempion.az ” ESPN-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, çempionluq kəməri uğrunda yüngül çəkidə təkbətək döyüş bu yay qarışıq döyüş növləri üzrə Amerika nümayəndəsi Jastin Geyciyə qarşı keçiriləcək. Döyüş adada təşkil olunacaq.

"Bu adada ilk yarışın olub-olmadığını bilmirəm, amma biz onların məhz orada döyüşəcəyini gözləyirik”, - o deyib.

Mütləq Döyüş Çempionatının prezidenti həmin vaxta qədər dünyada koronavirusla bağlı vəziyyətin normallaşacağına inamını ifadə edib.