13.05.2020 13:15
572


İspaniyanın "Atletiko Madrid" klubu önümüzdəki mövsüm Çempionlar Liqasına vəsiqə qazanmayacağı halda böyük itkilərlə qarşılaşacaq.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqanın köklü klublarından olan "Atletiko" koronavirus səbəbiylə illik büdcəsində 100 milyon avroluq düşüş gözləyir. Əgər klub Çempionlar Liqasına qatılmazsa, daha 100 milyon avroluq ziyana düşəcək.
Qeyd edək ki, 27-ci turdan sonra 6-cı sırada qərarlaşan "Atletiko Madrid"in Çempionlar Liqasına vəsiqə qazanması üçün ilk dördlüyə qalxmalıdır.