cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

“Leyptsiq”in hücumçusu "Barselona"nın hədəfində

13.05.2020 14:15 Oxundu 583


"Barselona" klubu “Leyptsiq”in hücumçusu Timo Verner ilə heyətini gücləndirmək istəyir.

Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, kataloniya təmsilçisi 24 yaşlı futbolçunun xidmətində maraqlıdır.  "Barselona" klubu “İnter”dən Lautaro Martinesin keçidini həll edə bilməsə, Verneri heyətinə qatmaq üçün hərəkətə keçəcək.

Xatırladaq ki, “Barselona”nın Martinesi transfer etməyinin çətin olduğu bildirilir.

Qeyd edək ki, Vernerin adı “Liverpul” və “Bavariya” kimi klublarla da yanaşı çəkilir.