bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

Premyer Liqada sürüşmə fəndi qadağan ediləcək

13.05.2020 16:37 Oxundu 639


İngiltərə Premyer Liqasının klublarının futbolçularına məşqləri bərpa etdikdən sonra ilkin mərhələdə qadağa tətbiq olunacaq. 

Cempion.az BBC-yə istinadən xəbər verir ki, futbolçular hazırlıq prosesi zamanı sürüşmə fəndindən istifadə edə bilməyəcəklər. 

Bu, koronavirus pandemiyası səbəbindən uzun fasilədən sonra məşqə başlayan futbolçuların zədə riskini azaltmaq məqsədi daşıyır. Bu maddə 2019/2020 mövsümünün yenidən başlaması üçün layihə çərçivəsində təqdim edilməsi planlaşdırılan tövsiyələr siyahısına daxil edilib. 

Oyunçular müntəzəm olaraq tibbi müayinələrdən və həftədə iki dəfə koronavirus testindən keçəcəklər, həmçinin hər biri 5 nəfərdən ibarət kiçik qruplar halında məşq edəcəklər. 

Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.