13.05.2020 18:00
626
626

"Mançester Siti" rəhbərliyi baş məşqçi Pep Qvardiolanın "Barselona"ya dönməyəcəyindən əmindi.
Cempion.az "The Sun"a istinadən xəbər verir ki, "Siti" rəsmiləri 49 yaşlı çalışdırıcının müqavilə yeniləyəcəyinə inanırlar.
Yaxın günlərdə Joan Laporta 2021-ci ildə "Barselona"nın prezidenti postuna namizəd olacağını açıqlamış, seçkilərdə qələbə qazanacağı təqdirdə isə baş məşqçi postuna Qvardiolanı gətirməyi planlaşdırdığını bildirmişdi.
Xatırladaq ki, Pep 2008-2012-ci illər aralığında katalon klubunu çalışdırıb. Onun dövründə komanda üçü La Liqa, ikisi Çempionlar Liqası olmaqla, toplam 14 titul qazanıb.
İspan çalışdırıcı "Mançester Siti"nin icraçı direktoru Ferran Soriano və idman direktoru Çiki Beqiristaynla yaxşı münasibətlərə sahibdi. Bu səbəbdən onun müqavilə yeniləmək ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Pep 2019-cu ildə verdiyi açıqlamada "Barsa"ya qayıtmaq niyyətində olmadığını açıqlamışdı.