bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

Rusiyalı futbolçu "Milan"ın hədəfində

13.05.2020 18:31 Oxundu 645

"Zenit"in hücumçusu Artyom Dzyuba "Milan"ın maraq dairəsindədi.

Cempion.az "Calciomercato"ya istinadən xəbər verir ki, "Milan" rəhbərliyi rus futbolçunu mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilən Zlatan İbrahimoviçin əvəzedicisi qismində görür.

Qeyd edək ki, Dzyubanın "Zenit"lə olan müqaviləsi 2020-ci ilin yayına kimi nəzərdə tutulub. Cari mövsümdə Rusiya çempionatında 21 matçda meydana çıxan 31 yaşlı forvardın aktivində 13 qol, 10 məhsuldar ötürmə var.