bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

A Seriyasının bərpa tarixi məlum olub - RƏSMİ

14.05.2020 09:44 Oxundu 597


İtaliya A Seriyasının bərpa tarixi məlum olub.

Cempion.az xəbər verir ki, bu barədə çempionatın rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, liqa iyunun 13-də qaldığı yerdən davam edəcək.

Mayın 18-dən klubların kollektiv şəkildə məşqlərə başlamasına icazə verilib.

Ölkə kubokunun isə avqustun 2-dək başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.