bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

“Spartak”ın futbolçusu “Lion”un hədəfində

14.05.2020 11:00 Oxundu 669


Moskvanın “Spartak” futbol klubunun müdafiəçisi Samuel Jiqo Fransanın “Lion” klubuna keçə bilər.

Cempion.az xəbər verir ki, bu barədə “L Equipe” nəşri məlumat yayıb.

Mənbəyə görə, “Lion” yeni mövsüm üçün müdafiəsini gücləndirmək niyyətindədir. Qeyd olunur ki, son günlər Fransa klubu komandanın əsas transfer hədəfi ola biləcək Jiqotla maraqlanır.

Qeyd edək ki, Jiqot “Spartak”da 2018-ci ildən oynayır. Paytaxt klubu üçün müxtəlif turnirlərdə 37 oyun keçirib, 5 qol vurub. “Transfermarkt” portalının məlumatına görə, 26 yaşlı fransızın bazar dəyəri 8 milyon avrodur.