14.05.2020 11:30
596


"Tottenhem" və İngiltərə millisinin ulduz futbolçusu Delle Alli qar't olunub.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin Londondakı evinə oğrular girib. Futbolçunun evinə iki silahlı cinayətkar girib. Həmin vaxt yarımmüdafiəçi evində altı dostu və rəfiqəsi ilə olub.
Oyunçunu döyən qarətçilər "Richard Mille” və "Audemar Piguet” şirkətlərinə məxsus saatları, həmçinin qızıl zinət əşyalarını alıb.Futbolçunun evindən dəyərli əşyaları aldıqdan sonra Delle Alliyə biçaqla zərbə vuraraq qaçıblar.
Xəbərdə bildirilir ki, hazırda futbolçunun vəziyyəti yaxşıdır.