bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

"Beşiktaş" klubunun 8 üzvü koronavirusa yoluxub

14.05.2020 15:13 Oxundu 628


Türkiyənin "Beşiktaş" klubunun daha 8 üzvü koronavirusa yoluxub. 

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mayın 13-də klubun bazasında bütün futbolçular, texniki heyət və bazada çalışanlardan nümunə götürülüb. Onlardan 8-nin nəticəsi müsbət olub. 

Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb və hər birinin müalicəsinə başlanılıb. 

Qeyd edək ki, daha öncə "Beşiktaş"ın iki üzvü koronavirusa yoluxub. Türkiyə Super Liqasının iyunun 12-də bərpa olunacağı açıqlanıb.