14.05.2020 16:13
627
627

Azərbaycan Premyer Liqasında bu mövsümün bərpasına qərar verilib.
Cempion.az xəbər verir ki, 2019/20 mövsümünün mayın sonu, ən geci iyunun əvvəli bərpası nəzərdə tutulub.
Rəsmi qərarın bu gün Klublar Komitəsinin videokonfrans formatında iclasından sonra açıqlanacağı gözlənilir. Saat 12.00-da başlayan iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edir.
Premyer Liqa təmsilçilərinin isə sabahdan yenidən məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, Premyer Liqanın matçları koronavirus səbəbindən təxirə salınıb.