bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

“Napoli”də ayrılıq

14.05.2020 17:19 Oxundu 627


İtaliyanın “Napoli” klubunun hücumçusu Dris Mertens karyerasını A Seriyasının digər klubunda davam etdirməyə yaxındır.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu “İnter”lə anlaşıb. “Napoli” ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq futbolçu, Milan təmsilçisinə azad agent olaraq qoşulacaq. “İnter”in Mertensə ildə 5 milyon avro məvacib olmaqla, 2 illik müqavilə təklif etdiyi bildirilir.

Qeyd edək ki, 2013-cü ilin yayından “Napoli”nin şərəfini qoruyan belçikalı futbolçu, cari mövsümdə iştirak etdiyi 29 oyunda 12 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.