15.05.2020 10:15
684
684

"Trabzonspor" ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edəcək olan Obi Mikeli transfer etmək istəyən klubların sayı artıb..
Cempion.az beIN Sporta istinadən xəbər verir ki, Amerika qitəsində fəaliyyet göstərən bir çox kulub nigeryalı ulduz futbolçunu heyətinə cəlb etmək istəyir. 33 yaşındakı yarımmüdafiəçini Meksika komandaları da gündəminə alıb.
Xəbərdə bildirilir ki, Brazilya Seriya A təmsilçiləri "Botafaqo" və "İnternasional" klubları da Mikeli öz hədəflərinə alıblar.Təcrübəli futbolçunun son qərarının nə olacağı maraqla gözlənilir.