15.05.2020 15:13
544


"Keşlə" veteran futbolçusu Rəşad Sadiqovla yeni müqavilə bağlayacaq.
Cempion.az-a daxil olan məlumata görə, 37 yaşlı futbolçu əslində bu yay karyerasını bitirməli və məşqçiliyə başlamalı idi.
Lakin baş məşqçi Tərlan Əhmədovun məsləhəti ilə daha 1 il oynamağa davam edəcək. Eyni zamanda oynayan-məşqçi kimi baş məşqçiyə kömək edəcək.