15.05.2020 16:12
502


İtaliya A Seriyasında çıxış edən bəzi klublar mövsümün bərpası ilə bağlı tərtib olunmuş tibbi protokola qarşı çıxırlar.
Cempion.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, "Milan", "İnter", "Napoli", "Fiorentina", "Kalyari", "Atalanta", "Verona", "Sampdoriya" və "Cenoa" bu səbəbdən məşqləri bərpa etmək istəmirlər.Protokolda bir futbolçu və ya heyət üzvündə koronavirus aşkar ediləcəyi təqdirdə, bütün komandanın 15 gün müddətinə karantinə alınmalı olduğu qeyd edilib. Sözügedən klublar bu bənddən narazıdılar. Onlar Bundesliqada təsdiqlənmiş protokolun tərəfdarıdılar. Almaniyada koronavirusa yoluxma halında yalnız yoluxmuş oyunçu karantinə göndərilir, digərləri isə testdən keçirlər.
A Seriyası rəhbərliyinin mümkün protokol dəyişiklikləri ilə bağlı İtaliya Futbol Federasiyası və İtaliya İdman Həkimləri Federasiyasının rəsmiləri ilə müzakirə aparacağı gözlənilir.