
"Qalatasaray"ın keçmiş ulduz futbolçusu Melo klubu "Palmeryas" ve sponsor "Crefisa" tərəfindən birgə hazırlanan bir İnstragram canlı yayımında maraqlı açıqlamalar verib.
Cempion.az xəbər verir ki, Futbolu buraxmaq istədiyi iki klubun olduğunu vurğulayan Melo bunları deyib: "Bunlardan biri olan "Qalatasaray''ın ürəyimdə böyük yeri var. Böyük bir sevgim var onlara qarşı və bir də "Palmeryas" var. Son zamanlarda "Palmeryas"ı sevdiyimi deyirəm. Gəldiyimdə bütün klub azarkeşlərini öpmək istiyirdim. Bu gün öpürəm çünki "Palmeryası" sevirəm. Brazilyaya dönmek üçün mənə önemli bir qapı açdılar. Karyeramın ən çətin vaxtlarında yanımda oldular". "Qalatasaray"a geri dönmək çox çətin məsələdir. Avropada təkrar oynamağı düşünmürəm. Keçən il oraya getdiyimdə məni qürurlandırdılar. İnanılmaz bir sevgi gördüm ki, bu da qarşılıqlı idi".