15.05.2020 18:56
523
523

İngiltərənin "Tottenhem" klubunun qolçu futbolçusu Harri Keyn keçmiş klubu "Leyton Orient"ə sponsor olub.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, İngiltərə 4-ci liqa klublarından "Leyton Orient"də icarə əsasında çıxış etmiş Keyn gələcək mövsüm üçün forma sponsorluğunu öz üzərinə götürüb.
Xəbərdə bildirilir ki, hücumçu həm də klub üzərində müəyyən hüquqa sahibdir.
Qeyd edək ki, "Tottenhem"in aşağı yaş qrupunda yetişən 26 yaşlı İngiltərəli hücumçu ilk professional oyununa 2011-ci ildə "Leyton Orient"də çıxıb.