bazar, 21 dekabr 2025

BİZİM FUTBOL

“Qarabağ”  klubu koronavirus testindən keçdi

15.05.2020 19:25 Oxundu 492


Azərbaycanda davam edən koronavirus pandemiyasına qarşı mübarizədə hər zaman həssas olan “Qarabağ” Futbol Klubu öz ənənəsini davam etdirir.

Cempion.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, koronavirusun yayılmağa başladığı ilk gündən mütəmadi olaraq klubun bazasında dezinfeksiya işləri aparılır və gigiyena qaydalara tam şəkildə riayət olunur.

Bu gün isə idari, məşqçi və futbolçu heyəti başda olmaqla bütün personallardan koronavirus testi götürülüb və hərarətləri yoxlanılıb.