bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

Rabi Matondo İngiltərə klubunun hədəfində

16.05.2020 09:00 Oxundu 473

"Mançester Yunayted" Ceydon Sançodan sonra "Mançester Siti"nin aşağı yaş qrupunda yetişib karyerasını Almanyada davam etdirən Rabi Matondo ilə maraqlanır. 

Cempion.az 'Evening News" nəşrinə istinadən xəbər verir ki, ''qırmızı şeytanlılar" 2019-cı ildə ''Siti''nin aşağı yaş qrupundan "Şalke"yə transfer olan Motondonu heyətinə cəlb etmək istəyir. 

Oyunçunun "Mançester Yunayted" üçün Ceydon Sançoya göre maddi baxımdan da çox daha uyğun bir variant ola biləcəyi qeyd edilir.

Qeyd edək ki, Uels yığmasının da formasını geyinən 19 yaşındaki Matondo bu mövsüm "Şalke" forması ilə çıxdığı 12 Bundesliqa qarşılaşmasında 1 qol vurub.